“Tesla”nın satışı sürətlə azalır

Bu gün, 09:08           
“Tesla”nın satışı sürətlə azalır
Tramp milyarderlə həmrəylik nümayiş etdirmək üçün yeni “Tesla” almağa qərar verib

“Tesla” avtomobillərinin satışı şirkətin sahibi İlon Maskın siyasi fəaliyyəti fonunda Avropada və dünyanın digər yerlərində azalır. ABŞ Prezidenti Donald Tramp milyarderlə həmrəylik nümayiş etdirmək üçün yeni “Tesla” almağa qərar verib.

AYNA.AZ xəbər verir ki, “Truth Social” şəbəkəsində Tramp Maskın “fantastik iş gördüyünü” və ABŞ-a kömək etmək üçün “hər şeyi xəttə qoyduğunu” yazıb.

"Ancaq tez-tez olduğu kimi, radikal solçu dəlilər ona hücum etmək və müdafiə etdiyi hər şeyə zərər vermək üçün dünyanın ən böyük avtomobil istehsalçılarından biri və İlonun "körpəsi" olan “Tesla”nı qeyri-qanuni və sui-qəsdlə boykot etməyə çalışırlar", deyə Tramp yazıb.

“Həqiqətən də böyük amerikalı” hesab etdiyi Maskla həmrəyliyini göstərmək üçün Tramp sabah səhər (bu gecə) yeni “Tesla” avtomobili alacağına söz verib.

“Niyə o, Amerikanı yenidən möhtəşəm etmək üçün inanılmaz qabiliyyətlərindən istifadə etdiyinə görə cəzalandırılmalıdır”, Tramp qeyd edib.

Qeyd edək ki, Maskın Trampın yaxın ətrafına daxil olması və Avropa siyasətinə fəal şəkildə müdaxilə etməyə başlamasından sonra “Tesla” avtomobillərinin satışları sürətlə azalmağa başlayıb. Xüsusilə, Avropa və Avstraliyada bu avtomobillərə tələbat xeyli azalıb.

Bu, Trampın rəhbərliyi altında ABŞ-ın əsas ticarət tərəfdaşlarına qarşı başlatdığı tarif müharibələri ilə birlikdə “Tesla”nın səhmlərinin qiymətinin aşağı düşməsinə səbəb olub. Nəticədə Maskın sərvətinin nominal dəyəri son üç ayda dörddə bir azalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.