Satışa saxta bal çıxarılır? - İDDİA

15-03-2025, 09:48           
Satışa saxta bal çıxarılır? - İDDİA
Zaman-zaman həqiqi bal adı altında saxta məhsulun satışa çıxarıldığı ilə bağlı iddialar yayılır.

Elə statistik rəqəmlərə də diqqət yetirdikdə arı ailələrinin azalması fonunda məhsulun artması bəzi sualların yaranmasına səbəbiyyət verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda bal istehsalının həcmi 2023-cü illə müqayisədə 13.5% artaraq 5 166.3 ton olub. Müvafiq dövr ərzində arı ailələrinin sayında isə 3.1 faiz azalma müşahidə olunub.

"Şüalanmaya görə arı ailəsində azalma gedir. Bu il çox arı öldü, təsərrüfatın yarısı məhv oldu", - arıçı söyləyib.

Bəs yaranan vəziyyət nə ilə əlaqədardır? Bazara hər hansı formada saxta məhsul ayaq aça bilib?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycan Arıçılar Assosiasiyası buna cavabdehdir.

Assosiasiyadan isə bildirilib ki, arı ailələrinin azalmasına baxmayaraq, məhsuldarlığın artması yeni texnologiyaların tətbiqi ilə bağlıdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru