"Elə bil, İlhamə Abdullayeva `Bahar qızı`dır, direktorlar da keçəllə kosa..." - NARAZILIQ VAR...

Dünən, 17:21           
"Elə bil, İlhamə Abdullayeva `Bahar qızı`dır, direktorlar da keçəllə kosa..." - NARAZILIQ VAR...
"Abşeron-Xızı Regional Təhsil İdarəsi bu gün tam bazar qanunları ilə idarə olunur. Təsəvvür edin, bütün ölkədə * Martla bağlı həyəcan təbili çalındı, təhsil nazirliyi xəbərdarlıq eytdi... amma Abşeron və Sumqayıt məktəblərində aşkar şəkildə pul yığıldı. Hətta Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayevaya hədiyyə olaraq əlavədən pul yığıldı. İmkanlı valideynlər yenə də direktor tərəfindən əməlli-başlı "sağıldı". Əsasən də yuxarı sinifdə övladı oxuyanlar. Çünki onların övladlarına yaxşı qiymətlərlə dolu attestatlar lazımdır".

"DİA-AZ" xəbər verir ki, bu iddianın yer aldığı müraciətdə daha sonra bildirilir:

"Bu gün Abşeron və Sumqayıt məktəblərinə girən elə bilər ki, sovet dövrünün kolxoz bazarlaından birinə daxil olub. Attestat satan kim, müəllimə şirinlik yığan kim... İndi də Novruz bayramına görə pul yığırlar. Hər şey də Abşeron-Xızı Regional Təhsil İdarəsinin birbaşa olaraq özündən qaynaqlanır. Əgər İlhamə Abdullayeva məktəbin direktorlarından bayrampulu tələb etməsəydi, onlar da aşağı müəllim və şagird heyətiniin qarşısına pul öhdəliyi qoymazdılar...

Elə bil İlhamə Abdullayeva "Bahar qızı"dır... məktəb direktorları da keçəllə kosa... ona qapı-qapı - yəni sinif-sinf düşüb pul yığırlar... Ayıbdır vallah..."

Məsələ diqqətimizdədir. Müraciətin davamını bəzi dəqiqləşdirmədən sonra yayacağıq. Bizi izləyin...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.