Azərbaycanda Sosial İqtisadi Kollecin direktoru vəhşicəsinə döyülüb? - İDDİA
Bu gün, 08:56

Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.
TEREF yazır ki, bu iddia ilə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edib.
Tarix müəllimi direktorla bağlı sensasion iddialar səsləndirərək yazır:
"Qelender Muxtarli
13 ч. ·
Dostlarımın bayramı mübarək olsun!
Çox qəribədir, UNEC nəzdində Sosial-iqtisadi kollecinin direktoru Şəhriyar Laçınovu bu gün bərk doyüblər!
Niyə?
-Çünki, bu adam jurnal götürüb bir gün də olsun sinifə girməmişdi.
-Sağı-solu bəlli deyildi, deyirdi ki, burda mənəm Bağdadda kor Xəlifə
-Kolleci çevirmişdi "cərimə ilə özünü maliyyələşdirən "nümunəvi tədris müəssisəsinə",
-Kollec olmuşdu "dövləti cinayətlər üzrə istintaq komitəsi", gündə intizam adlı bir komissiya əməkdaşlara torba tikirdi,
-sonuncu kurs tələbəsinə direktor iki kəsrə görə 1450 manat pul ödətdirməyi hədəfləmişdi və ödətdirmişdi də insafən,)...
-1000-ə yaxın bir semestrdə kəsir əmələ gəlmişdi. Amma deyirdi ki, güya UNEC prorektoru deyirmişki, "sizdən öyrənməli məqamlar varmış"...
Amma ki, bu gün insanlar nəhayət bezdi və özləri xalq üsulu ilə məsələni həll etməyə təşəbbüs göstərdi...yəni direktoru saldılar təpiyin altına..
Hə,direktorumuzu möhkəm döydülər.
Ay təhsil naziri, doğru yolu tut,
bir gün müəllim işləməyənin axırı belə olur, demişdik axı sizə!"
ardı var
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF