Yaz depressiyasına daha çox kimlər məruz qalır? - Psixoloqdan AÇIQLAMA

Bu gün, 17:34           
Yaz depressiyasına daha çox kimlər məruz qalır? - Psixoloqdan AÇIQLAMA
"Yuxu pozğunluğu və allergiyadan əziyyət çəkən, artıq depressiv epizodları olan, həmçinin dəyişikliklərə həssas olan insanlar yaz depressiyasına daha çox məruz qalırlar".

Bu barədə "RİA Novosti"yə müsahibəsində rusiyalı psixoloq Yelena Mazankina danışıb.

Mütəxəssis qeyd edib ki, əhvali-ruhiyyənin yazda pisləşməsi "sadəcə keçici bir kədər deyil", həmçinin insanın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən bir vəziyyətdir.

Psixoloq vurğulayıb ki, psixi problemləri, o cümlədən obsesiv-kompulsiv pozuntu (OKP) xəstəliyi olan insanlarda mental problemlər daha da kəskinləşə bilər.

"Qışda işıq və havanın olmaması, oturaq həyat tərzi və vitamin ehtiyatlarının tükənməsi vitamin çatışmazlığına, orqanizmin müdafiə qabiliyyətinin azalmasına və apatiyaya səbəb olur. Bundan əlavə, atmosfer təzyiqinin dalğalanmaları, temperaturun qəfil dəyişməsi və xroniki xəstəliklərin kəskinləşməsi vəziyyəti daha da ağırlaşdırır", - deyə Mazankina bildirib.

Yaz depressiyasının simptomları arasında hərəkətin ağırlaşması, süstlük, zəiflik, intellektin tormozlanması, unutqanlıq, səliqəsizlik, mənfi emosional əhvali-ruhiyyə, həmçinin yuxusuzluq və iştahsızlıq da var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.