I rübdə mehmanxanalar 125 milyon manat gəlir əldə edib

29-04-2025, 17:34           
I rübdə mehmanxanalar 125 milyon manat gəlir əldə edib
Bu ilin I rübündə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % artaraq 125,1 milyon manat olub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 58,6 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28 %-i ictimai iaşə xidmətlərindən, 3,1 %-i müalicə və sağlamlıq xidmətlərindən, 10,3 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 % olub (1 il bundan əvvəl 17,8 %). Bu göstərici Şabranda 68,2 %, Qusarda 43,5 %, Naftalanda 31,2 %, Bakıda 28 %, Sabirabadda 27,2 %, Qəbələdə 24,5 %, Bərdədə 19,7 %, Ağdamda 19,2 %, Şamaxıda 16,4 %, Ağstafada 16,3 %, Beyləqanda 15,7 %, Lənkəranda 15,6 %, Qubada 15,3 %, digər şəhər və rayonlarda isə 15,3 %-dən aşağı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru