Herba Medical Tibb Mərkəzinə maliyyə sanksiyaları Tətbiq Edilib

Bu gün, 16:07           
Herba Medical Tibb Mərkəzinə maliyyə sanksiyaları Tətbiq Edilib
"Herba Medical" Tibb Mərkəzinə Dövlət Vergi Xidməti tərəfindən Maliyyə Sanksiyaları Tətbiq Edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Herba Medical" Tibb Mərkəzində aparılan operativ vergi nəzarəti tədbirləri nəticəsində bir sıra qanun pozuntuları aşkar edilib.

32gun.az-ın əldə etdiyi məlumatına görə, müəssisəyə maliyyə sanksiyaları tətbiq olunub.

Operativ vergi nəzarəti çərçivəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi qaydalarının pozulmasına görə tərtib olunmuş AKT-a əsasən mərkəzə 2,000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Həmçinin əhali ilə aparılan pul hesablaşmalarının qaydalarına əməl edilməməsinə görə əlavə olaraq 1,000 manat cərimə olunub.

Bildirək ki, Herba Medical Tibb Mərkəzinin fəaliyyəti haqqında klinikanın direktoru Səfərbəy Səfərbəyovdur, nizamnamə kapitalı 100 AZN-dir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.