Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
Bu gün, 11:46

Bu gün paytaxt Bakının rayonlarında ayrı-ayrı icra başçılarının yaşıllığa qənim kəsilmələri sanki bir ənənəyə çevrilib. Hər halda günbəgün açıqlanan faktlardan aydın olanı, ortaya çıxanı budur. "DİA-AZ" bildirir ki, ən bərbad durum isə Binəqədi rayonundadır.
Binəqədi icra hakimiyyəti rəsmən özbaşınalıq mühitində hiss edir özünü. Belə olmasaydı, Binəqədi hazırda səhralaşma yoluna qədəm qoymazdı.
Bu dəfə də yaşıllığa qənim kəsilənlərdən danışacağıq. "DİA-AZ" bildirir ki, bu barədə özünün "facebook" səhifəsində məlumat paylaşan jurnalist Pərvin Abışova növbəti faktı açıqlayır.
Aydın olur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 1 ünvanında yerləşən 300 saylı məktəbin qarşısı yerli icra hakimiyyətinin HƏDƏFİNƏ ÇEVRİLİB... yəqin ki, qısa müddətə məktəbin qarşısında boy sırası ilə ticarət obyektləri düzüləcək. Hər halda aydın olanı budur. İlk hədəfsə ağaclardır. Artıq ona yaxın ağac kəsilib. Sakinləri aldadıblar ki, bəs yerinə yeni gənc ağaclar əkiləcək. Amma məlum olur ki, ağacyeyənlər yalan danışıb.
Ona görə də narazılıq edən sakinlər indi səbirsizliklə həmin yerdə hansı ticarət obyekt(lər)inin tikiləcəyini gözləyirlər...
Binəqədi icra hakimiyyətinə gəlincə isə... buradan biz yalnız bir sözü deyə bilərik: Allah heç bazarınızı verməsin...


