Külli miqdarda vergi borcu olan sirli şirkət kimindir?
Dünən, 10:50
"Gerlok Az Constraksen” MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 245 828,62 manat təşkil edir.
"Gerlok Az Constraksen” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əzizov Əziz Tofiq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.