Qurbanlıq heyvanı onlayn qaydada almaq mümkündür

4-06-2025, 16:18           
Qurbanlıq heyvanı onlayn qaydada almaq mümkündür
"Artıq bazara gedib vaxt itirməyə ehtiyac yoxdur. Qurbanlıq heyvanı onlayn sifariş ilə də ala bilərsiniz".

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, bu cür elanlar sosial şəbəkədə yayılıb.

Belə elanlara isə münasibət birmənalı deyil. Hər kəsi maraqlandıran suallardan biri də budur ki, heyvanların bu yolla alınıb kəsilməsi dini baxımdan düzgündürmü?

Onlayn heyvan satışı ilə məşğul olan Siyavuş Fətəliyev bildirib ki, heyvanlar satış məntəqələrinə bayrama 2 gün qalmış gətiriləcək. İstəyən gəlib ala bilər. O ki qaldı onlayn sifarişə, bu artıq 3 gündür ki, başlayıb. Tələbat isə heç də az deyil.

Siyavuş Fətəliyevin sözlərinə görə, müştəri istəyərsə, heyvan kəsilərək də göndərilə bilər. Ancaq bu zaman problemlər də ortaya çıxır. Çünki onlayn sifariş edən şəxsə heyvan çatdırılsa da, ödənişi etməkdən yayınanlar da olur.

İlahiyyatçı Ağa Hacıbəyli isə deyir ki, zəng və ya internet üzərindən qurbanlıq heyvan sifariş etmək günah sayılmır, əsas alan və satan şəxsin niyyəti təmiz, aydın olmalıdır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.