Netçala sakini “Archico” MMC şirkətinin rəhbərliyini İTTİHAM EDİR

Bu gün, 15:24           
Netçala sakini “Archico” MMC şirkətinin rəhbərliyini İTTİHAM EDİR
Netçala rayonu, Xınlı kənd sakini İbrahimov Murad Seyfulla oğlu tərəfindən Hurriyyet.az saytına şikayət daxil olub. Şikayətçi bildirir ki, “Archico” MMC şirkəti ona qarşı haqsızlıq edir:

“Mən, İbrahimov Murad Seyfulla oğlu, yazaraq bildirirəm ki, “Archico” DSX Sanqaçal layihəsində 5 ay işləmişəm. 5 ay sonra səhhətimdə ciddi problemlər olduğu üçün bulleten götürmüşəm. 2 aydır müalicə alıram. Hazırda vərəm xəstəliyindən əziyyət çəkirəm.

2 ay ərzində şirkət mənim kartıma 74 manat, bir dəfə isə 11 manat pul köçürüb. Özlərindən soruşduğum zaman isə deyirlər ki, əmək stajın az olduğu üçün belə olmalıdır.

Xəstəliyim olduğu üçün işdən uzaqlaşmaq məcburiyyətində qalmışam. Bu da mənə verilən dəyər. Şirkətdən deyirlər ki, hara istəyirsən şikayət et, sənə düşən budur".

Məsələ ilə bağlı “Archico” MMC-nin Maliyyə İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru