Avtobus sürücüsü sükan arxasında pivə içib? VİDEO

Bu gün, 12:17           
Avtobus sürücüsü sükan arxasında pivə içib?  VİDEO
Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə bildirib.

Video çəkilən zaman sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başındadır.

Həmin şəxs iddiaları təkzib edib:

"Bəli, onu mən içmişəm. O, kvas idi, spirtli deyildi. Bir sərnişin verdi, mən də içdim. Bu adam baxıb qışqırdı ki, guya pivədir".

İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub və 30-cu polis bölməsində onun ifadəsi alınıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, görüntülər araşdırılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru