İyulun 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27,3 manat civarında dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Ətraflı Ad - 00:02
"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, iyulun 17-nə olan vəziyyətə görə Azərbaycanda unun topdansatış qiymətləri yuxarıda qeyd olunduğu kimi olub.