Bakının əsas küçələrinin kəsişməsində problem: Sürücülər narazıdırlar VİDEO

Dünən, 11:18           
Bakının əsas küçələrinin kəsişməsində problem: Sürücülər narazıdırlar VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi hissədə yaşanan problem barədə məlumat verilib.

Qeyd olunub ki, sözügedən ərazidə yerdəki xəttlənməyə görə nəqliyyat vasitələri sola dönə bilmir. Buna görə də sürücülər məcburiyyət qarşısında Heydər Əliyev prospekti ilə xeyli yol qət edib, "Bağırov körpüsü"nün üzərindən geri dönürlər.

Vurğulanıb ki, burada Babək prospektindən gələn nəqliyyat vasitələri "Bağırov körpüsü"ndən fırlanıb geri qayıtmamaq üçün xətti keçərək sola tərəfə keçir. Həmçinin bildirilib ki, əvvəllər burada sola dönmək üçün icazə var idi və bu, əlavə vaxt itkisini aradan qaldırırdı.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru