DİQQƏT! Evinin sənədi olmayan ŞƏXSLƏRİN NƏZƏRİNƏ....

Bu gün, 09:14           
DİQQƏT! Evinin sənədi olmayan ŞƏXSLƏRİN NƏZƏRİNƏ....
Sənədsiz evlərin qeydiyyatında yeni mərhələ: 100 mindən artıq daşınmaz əmlak sənədləşdirilə bilər

Daşınmaz əmlak sahəsində mühüm hüquqi dəyişikliklər ölkədə sənədsiz evlərin qeydiyyatında yeni mərhələ açır. Əmlak eksperti Elnur Azadovun Referans-a açıqlamasına görə, bu dəyişikliklər həm mülkiyyət hüquqlarının tanınması, həm də əmlak bazarının canlanması baxımından ciddi irəliləyişdir. Elnur Azadov bildirib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əsas mexanizm 2015-ci ildə imzalanmış 394 saylı Fərmanla tənzimlənirdi. Həmin sənədə əsasən, yalnız konkret qurumlar tərəfindən verilmiş sənədlər mülkiyyət hüququnun tanınması üçün əsas sayılırdı. Lakin son dəyişikliklər bu çərçivəni genişləndirib.

Ekspert onu da deyib ki, artıq 2021-ci ilə qədər kənd sovetləri, keçmiş kolxoz və sovxozlar, eləcə də yerli icra hakimiyyəti orqanları və onların nümayəndəlikləri tərəfindən verilmiş sənədlər də hüquqi əsas kimi qəbul olunur. Bu da təxminən 100 min və daha çox fərdi yaşayış evinin qeydiyyatına şərait yaradacaq. Ekspetin sözlərinə görə, bu yeniliklər qeyri-rəsmi tikililərin leqallaşdırılmasını sürətləndirəcək, kölgə iqtisadiyyatını daraldacaq və torpaqdan istifadənin hüquqi mexanizmlərlə tənzimlənməsini gücləndirəcək. Ən başlıcası isə – vətəndaşlar mülkiyyət hüquqlarını rəsmi şəkildə rəsmiləşdirə biləcəklər.

Ekspert həmçinin vətəndaşlara çağırış edərək bildirib ki, bu imkanlardan yararlanaraq sənədsiz evlərini qeydiyyata aldırmaqla həm hüquqi təminat, həm də gələcəkdə yaranacaq mübahisəli hallardan qorunma əldə edə bilərlər.

“Rəsmi qeydiyyatdan keçmiş əmlak ipoteka, alqı-satqı, miras, sığorta kimi hüquqi münasibətlərdə iştirak edə bilər. Bu isə həm əmlak sahibinə, həm də dövlətə fayda verən iqtisadi aktivliyi artıracaq,” – deyə Elnur Azadov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru