75 yaşlı Lənkəran sakini prezidentdən imdad dilədi

6-01-2017, 19:58           

Lənkəran şəhər sakini, İmanova Sveta Habil qızı ölkə başçısı İlham Əliyevə müraciət edib.

Nia.az xəbər verir ki, o yerli məmurların özbaşınalığından şikayətçidir.

İmanova Sveta Habil qızı bildirir ki,uzun illər dövlətimə vicdanla xidmət etmişəm. Lənkəran şəhər TS metodist vəzifəsində çalışmışam və artıq təqaüddəyəm.75 yasim var lakin ömrümün qalan hissəsini düşünmürdüm ki,bele bir isgəncə içində,narahatçılıqla yaşayam.Yaşadığım mənzildə dəm qazından boğuluram,səhhətimdə problem yaranıb,təziqim qalxır.Gecələr boğularam deyə,qorxumdan pəncərəni bu soyuqda açıq qoyub yatıram.Bununla bağli FHN, Lənkaran polis söbəsinə, Lənkaran qaz istismar idarəsinin rəisinə, DİN-nin 102 qaynar xəttinə,Lənkaran şəhər icra hakimiyyətinə müraciətlərim olub.Gəlib baxıblar,lakin heç bir tədbir görməyiblər.Hətta qaz idarəsinin müdiri Anar müəllim məni lağa qoyaraq dedi ki, “бабуля ты здесь будешь плясать”.Gələn nümayəndələrə bildirmişəm ki, öz təqaüdümü de verirəm,təki bu vəziyyəti aradan qaldırın.FHN əsas vəzifələrindən biri – yanğın təhlükəsizliyinin, obyektlərin və qurğuların mühafizəsini təşkil etməkdir.Görünür bu qurumlar öz vəzifə səlahiyyətlərini unudublar.Dövlət başçısından xahiş edirəm, mənə köməklik göstərilməsi üçün göstəriş versin .

İmanova Sveta Habil qızı. Ünvan Lənkaran şəhəri Nizami küçəsi 86 mənzil 5.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.