Neftçalada vəziyyət "rusca"-dır - 2 aydır sosial müavinatlar verilmir
6-01-2017, 23:51
Neftçala rayonunda əhalinin aztəminatlı təbəqəsi, əlillər sosial müavinətləri ala bilmirlər.
Rayon sakinləri bildirirlər ki, əlillər, kasıblar “Kapital bank”ın bankomatlarının qarşısına gedib qayıtmaqdan yorulublar.
Rayon sakinlərinin sözlərinə görə, 55 manat müavinəti hər ayın 24-də aldıqları halda, artıq ikinci aydır ki, əlillər sosial müavinətləri ala bilmirlər.
Rayon sakinlərinin sözlərinə görə bayramı Heydər Əliyev Fondunun onlara payladığı toyuq, qənd, çay, yağ, un, şəkər tozu və.s pay ərzaqlarla keçiriblər.
Qaz, su,İşıqpulu 1 gün gecikdi, gəlib kəsirlər.Amma 55 manat müavinəti rayon sakinləri ala bilmirlər.
“Əvvəlki illərdə aldığımızla birtəhər yaşayırdıq. Bahalıq bizim günümüzü qara edib.Artıq kommunal xərclərimizi belə ödəyə bilmirik.Dərdimizi kimə deyək?”, - deyə rayon sakinlərindən biri bildirib.
Camaat yığışıb başçının qəbuluna getmək istəyir.Lakin,bu günə qədər heç kim onu öz yerində tapa bilmir.Daha doğrusu Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin günü restoranlarda keçir deyə bildiriblər.Yol getməyə taqət də qalmayıb artıq.Rayonda 3-5 məmurun günü xoş keçir qalan insanlar demək olar ki, səfalət içində yaşayır. Ümidimiz Azərbaycan Respublikasının prezidenti Cənab prezidentimiz İlham Əliyevədir.
Qeyd edək ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib.
Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.
Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir.
Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.
Nia.az olaraq Neftçala rayonununda sosial və yaxud əmək pensiyası alan bəzi şəxslərə söhbət apardıq.Onlar arasında demək olar ki, 90 faiz insan prezident İlham Əliyevə təşəkkür etdiyini bildirib,təqaüdlərinin bir az artırılmasını xaiş etdilər.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az