Kərəm Həsənov qaynını qudasının yanına rəis göndərir - FAİQ ŞABANOV YOLA SALINIR

9-01-2017, 01:42           

2017-ci ilin ilk aylarında DİN strukturlarında bir sıra dəyişikliklər gözlənilir. Gununsesi.info-nun adıçəkilən nazirlikdəki mənbəsinin məlumatına görə, dəyişikliklərdən biri Gəncə diigəri isə Daşkəsəndə baş tutacaq. Belə ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hazırda Daşkəsən rayon polis şöbəsinin rəisi işləyən qaynı Fəxrəddin Abbasovun yaxın zamanlarda Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, mərhum general Rasim Musayevin Gəncədən “vurulmasından” sonra şəhərə polis rəisi gələn Faiq Şabanov ötən illər ərzində DİN rəhbərliyinin də etimadını qazana bilməyib. Bir neçə dəfə töhmət alan Faiq Şabanova hətta general rütbəsi də verilməyib.
Artıq onun əvəzlənməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də razılıq verib.
Kərəm Həsənovla quda olan Elmar Vəliyevin də komitə sədrinin qaynının polis rəisi olması üçün onunla birgə çalışdığı bildirilir.
Kərəm Həsənov qaynını qudasının yanına rəis göndərir  - FAİQ ŞABANOV YOLA SALINIR












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru