Prezidentdən evsiz ailələrə - Şad xəbər

12-01-2017, 10:05           

Bakı qanunsuz tikililərdən təmizlənəcək.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Prezident bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi çərçivəsində yeni şəhərcik, hündürmərtəbəli 29 yaşayış binası, məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək:

“İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək”.

İlham Əliyev köhnəlmiş mənzil fondunun yerində müasir binaların tikintisi prosesinə də start verildiyini vurğulayıb: “Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək. Təkcə sadalanan layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq.

İnşaat sektorunun inkişafı bütün bölgələrdə nəzərdə tutulmalıdır. Sahibkarlar bilməlidir ki, bu layihələr çərçivəsində çox böyük işlər görüləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.