XİDMƏT QURUMLARININ "SAYĞAC REKETLİYİ" NƏ QANUN , NƏ FƏRMAN , NƏ DƏ NK QƏRARLARI SAYILIR

13-01-2017, 00:27           
XİDMƏT QURUMLARININ "SAYĞAC REKETLİYİ" NƏ QANUN , NƏ FƏRMAN , NƏ DƏ NK QƏRARLARI SAYILIR
Xidmət qurumlarının özbaşınalığı ölçü cihazlarının - sayğacların təchizatında və quraşdırılmasında özünü daha qabarıq formada göstərir . Son çağlarda "sayğac reketliyi" haqqında informasiyalar basını da zəbt etməkdədir . "TURAN" İnformasiya Agentliyinin araşdırması "Azərsu" ASC - nin sayğac tenderlərindəki 6,5 milyon manatlıq maxinasiyasını ortaya qoyub və ölkənin aparıcı saytları bu informasiyanı yayıb . Eyni zamanda vaxtaşırı abonentlərin şikayətləri istehlakçıların sayğacla təchizatında korrupsiya xarakterli neqativ halların meydan suladığını deməyə əsas verir . "Azərişıq" ASC - nin fərdi sahibkardan üçfazalı sayğaca görə 3 min manat tələb etməsi ,"Azəriqaz" İB - nin və "Azərsu" ASC - nin fiziki şəxslərə texniki şərti və sayğacı istehlakçının vəsaiti hesabına quraşdırmaq barədə tələbləri basını zəbt edən qonulardandır .Bəs qanun , qayda nə deyir ?
Bəri başdan deyək ki , qanun da , Prezident (fərmanı) , NK qərarı da vətəndaşın , istehlakçının xeyrinə olsa da , xidmət qurumları nə qanun , nə Prezident (fərmanı) , nə də hökumət (qərarını) sayırlar . Bu qurumların saydığı qanunsuz yolla , reketliklə əldə etdikləri ödənişlərdir . "Elektroenergetika haqqında" , "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası qanunlarının tətbiq edilməsi haqqında Prezidentin 30 oktyabr 2009 tarixli 168 saylı fərmanının icrasını təmin etmək amacı ilə Nazirlər Kabineti (NK) 06 yanvar 2010 tarixli 3 saylı qərar qəbul edib . Həmin qərarla 31.05.1999 tarixli 87 saylı "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 5.1 maddəsinə edilən əlavə və dəyişikliyə görə FİZİKİ ŞƏXS OLAN İSTEHLAKÇILARIN SAYĞACLARLA TƏCHİZ EDİLMƏSİ , ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİ QAZ PAYLAYICISI HESABINA HƏYATA KEÇİRİLİR .NK - nın 02 fevral 2005 tarixli 18 saylı qərarının 7.9 bəndində isə yazılıb :"FİZİKİ ŞƏXS OLAN İSTEHLAKÇILARIN SAYĞACLARLA TƏCHİZ EDİLMƏSİ , ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİ ENERJİ TƏCHİZATI MÜƏSSİSƏSİNİN HESABINA HƏYATA KEÇİRİLİR" .
NK -nın 17.07.2014 tarixli 262 saylı "Sudan istifadə qaydaları haqqında" qərarının 6.5 maddəsində isə təsbit olunub ki , İSTEHLAKÇILARIN SUÖLÇƏN CİHAZLARLA TƏCHİZ EDİLMƏSİ , ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİ FİZİKİ ŞƏXS OLAN İSTEHLAKÇILARA MÜNASİBƏTDƏ STKM -İN (SU TƏCHİZATI VƏ KANALİZASİYA MÜƏSSİSƏSİNİN) VƏSAİTİ HESABINA , HÜQUQİ ŞƏXS OLAN İSTEHLAKÇIYA MÜNASİBƏTDƏ İSƏ İSTEHLAKÇININ ÖZ VƏSAİTİ HESABINA HƏYATA KEÇİRİLİR . Göründüyü kimi , qanunda , qərarda hər şey konkret göstərilib. Di gəl , qaz (Elman Abbasov , Harun Vahabov ) və su (müavin Köçərli Həsənov) rəsmiləri fiziki şəxs olan istehlakçıların vəsaiti hesabına " xidmət göstərəcəklərini" açıqlamaqdan bezmirlər . E.Abbasov və H.Vahabov qaz idarəsinə pulsuz sayğac ayrılmadığını bəhanə edirlərsə (??) , K. Həsənov NK - nın qərarının Vergilər Məcəlləsinə uyğun qəbul edilmədiyini (??) əsas tutub fiziki şəxsləri hüquqi şəxs sayır .Konstitusiyada isə əksinə yazılıb ki, nazirliklərin qərarları qanuna, fərmana ,NK qərarına uyğun olmalıdır . Ədalət adına işıq rəsmilərinin digərlərinə nisbətdə qanun -qaydaya hörmətlə yanaşdığını vurğulayaq .
Bir sözlə , ölkədə "kommunal reketlik" qaydaları hökm sürür . Nə Ombudsman , nə də müvafiq icra hakimiyyəti - İqtisadiyyat Nazirliyi tədbir görür .Ən yaxşı halda məhkəməyə üz tutmaq məsləhət bilinir . Məhkəmə hakimiyyətinin də bu reketlikdə öz payı olduğundanxəttin sonunda pulsuz işıq , qaz , su (sayğacı) təchizatı görünmür .
Məğrur Bədəlsoy
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.