Hafiz Hacıyevin biznesi çökür

31-01-2017, 19:09           
Hafiz Hacıyevin biznesi çökür
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin maliyyə vəziyyəti pisləşib.
Bu barədə etibarlı mənbələrdən Politico.az saytına məlumat daxil olub. Məlumatda bildirilir ki, ölkədə davam eləyən böhran Hafiz Hacıyevin biznesinə ciddi zərbə vurub. Belə ki, partiya sədrinə məxsus və Bakıda fəaliyyət göstərən 5-6 marketi və bir topdansatış mağazası ziyanla işləyir.
Məlumatda iddia olunur ki, Hafiz Hacıyevin Göygöl rayonunda yaratdığı broyler müəssisəsində də işlər yolunda getmir. Çünki kənd təsərrüfatı nazari Heydər Əsədovun ciddi müdaxiləsi nəticəsində partiya sədri broyler təsərrüfatından qazanc əldə edə bilmir. Hafiz Hacıyevin Göygöldə Heydər Əsədovdan istədiyi böyük torpaq sahəsi də ona verilməyib.
Məhz bu səbəddən də Hafiz Haciyevin davamlı olaraq Heydər Əsədovu, kürəkəni Anar Məmmədovu ciddi tənqid etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru