Bu universitetdə tələbələrin 1.9 milyon təhsil haqqı borcu var

5-02-2017, 08:27           
Bu universitetdə tələbələrin 1.9 milyon təhsil haqqı borcu var
Tələbələrin Dövlət Pedoqoji Universitetinə 1 milyon 907 min manat təhsil haqqı borcu yaranıb. Universiteti mətbuat xidməti xəbər verir ki, indi bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumilikdə 1 milyon 779 min manat, ali təhsilinin magistratura səviyyəsində təhsil alan tələbələrin isə 128 min manat təhsil haqqı borcu qalıb.

Ancaq buna baxmayaraq indiyə qədər təhsilhaqqını ödəyə bilmədiyi üçün heç bir tələbənin təhsilini yarımçıq qoyması faktı qeydə alınmayıb:

“ADPU-da təhsil haqqını tam ödəməyən tələbə yoxdur. ADPU-nun rəhbərliyi tərəfindən tələbələrə tədris ili dövründə təhsilhaqqını iki dəfəyə ödəməyə icazə verilib. Yəni maddi cəhətdən imkansız olan tələbələr təhsilhaqqının yarı hissəsini tədris ilinin əvvəlindən yanvar ayına kimi, qalan yarı hissəsini isə tədris ilinin sonuna kimi ödəyir” (Fins.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru