Qobustan rayonunda idarə müdiri başçının əlindən qaçası oldu
22-06-2015, 12:31
Uzun müddətdir ki, Qobustan rayon maliyyə idarəsinin müdiri Nuru İsmaylovun adı mətbuatın gündəmindən düşmür. Onun adı maliyyə maxinasiyalarında, rüşvət və korrupsiyada hallanır. Hətta Nuru İsmayılovun rayonun icra başçısı Adil Məmmədovla “kəllə-kəllə” gəldiyini söyləyənlər də var. Etibarlı mənbədən Qafqaz Xəbər Agentliyinə daxil olan məlumata görə, Nuru İsmaylov 20 gündür ki, rayondan qaçıb, Bakıya sığınıb. İcra başçısı dəfələrlə ona xəbər göndərsə də Nuru İsamayılov rayona qayıtmaq istəmir.