Hakim ədalətli olanda...

24-04-2017, 16:11           
Hakim ədalətli olanda...
teref.az - Azərbaycanın hüquq sistemindən söhbət düşəndə tanınmış ədliyyə işçisi İlqar Murğuzov haqqında düşünməyə bilmirsən. O hazırda çalışdığı hakim vəzifəsində heç vaxt hiss olunmayan bir şəxsdir. Təvazökarlığı, yüksək mədəniyyəti və humanistliyini görəndə istər-istəməz Azərbaycan qanunlarına hörmətlə yanaşmalı olursan. Son zamanlar məhkəmələrə verilən müstəqilliyin özünü doğrultmadığı da yaxşı məlumdur. O gün olmaz ki, ölkə mətbuatında, sosial şəbəkələrdə hakimlərin ədalətsizliyindən, haqqı qoyaraq nahaqqa söykənilməyindən yazılmasın. Əlbəttə ki, bunu bütün hakimlərə də aid etmək olmaz. Amma, atalar demişkən “od olmasa tüstü çıxmaz”. Tərəfsizlərə və maddi inkanı olmayanlara üzdəniraq hakimlərin təzyiqləri də danılmazdır. Bunu da etiraf etməliyik.
Lakin İlqar Murğuzov haqqında dəfələrlə bizə müraciət olunsa da, düzüsü haqqı tapdalayan, özünə və Azərbaycan qanunlarına hörmətsiz yanaşan hakimlərə görə bu əsl hakim haqqında yazmağa da əlimiz gəlmirdi. Bizə daxil olan məlumatları araşdıranda onun haqqında yazmamağımızın narahatçılığını çəkməli olduq.
İlqar Muğuzov öz qiymətini hələ sovet dönəmindən alıb. Bu gün hamımız yaxşı bilirik ki, sovet təhsil sistemi olduqca mükəmməl təhsil sistemi idi. Həmin dövr ali təhsil alanların bilik və bacarığına heç bir şübhə ola bilməzdi. Hüquqi təhsilini 1985-ci ildə Tomsk Dövlət Universitetində alan Murğuzov 1985-1990-cı illərdə Tümen Vilayət Prokurorluğunda müstəntiq işləmişdir. Bədnam ermənilərin ölkəmizə təzyiqi başlayandan sonra Murğuzov öz xahişi ilə vətəninə dönür. Ona etimad göstərilərək Laçın rayon prokurorluğuna işə qəbul edilir. O, həmin prokurorluqda müstəntiq, prokuror köməkçisi və prokurorum müavini vəzifələrində çalışır. Həmin müddətdə qapalı qalan bir sıra ağır cinayət işlırinin üstünü açır. 1992-1994-cü illərdə Şəki rayonunda da böyük müstəntiq kimi işləyir. İlqar Murquzovda olan dərin araşdırma qabiliyyətini, hüquqi bacarığını qiymətləndirənlər onu 1994-1999-cu illərə kimi Bakı şəhər prokurorluğunda xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə irəli çəkirlər.
İlqar Murğuzovun artıq bir hüquqşünas kimi, bir vətəninə, elinə bağlı sadiq vətəndaş kimi yetişdiyini qiymətləndirən layiqli vəzifə sahibləri onun baş prokurorluqda işləməsini məsləhət bilirlər. İlqar Murquzov baş prokurorluqda bir sıra aparıcı sahələrdə, o cümlədən Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru və 2008-ci ilə kimi Baş prokurorluğun təşkilat-analitik idarəsinin prokuroru vəzifələrində uğurla çalışır.
Bundan sonra məhkəmə sisteminə yön alan İlqar Murğuzov 2008-ci ildən 2011-ci ilə kimi Ağır Cinayətlərə Dair İşlər Üzrə Aərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011 – 2013 –cü illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindəfəaliyyət göstərir. O hazırda 2013-cü ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Sirr deyil ki, İlqar Murğuzov məhkəmə-hüquq sistemində adı şərəflə çəkilən şəxslərdəndir. Onun keçdiyi həyat və fəaliyyət yolu əsl böyük bir təcrübə məktəbidir. Yetişdirdiyi, boya-başa çatdırdığı 3 övladı da hüquqşünasdırlar. Atanın mənalı həyat yolu ilə irəliləyən övladları da vətəninə, xalqına bağlı olan vətəndaşlardır.
Bəli, bu millətin arzuladığı, haqqa söykənən, xalqı ilə nəfəs alan tanınmış bir ədliyyə işçsi haqqında olan səmimi fikirlərdir. Yəqin ki hər birimiz əsl hakimi, əsl vətəndaşı, əsl insanı bu simada görmək arzusu ilə yaşamağı düşünərdik.
İlham Hacalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.