Övladlığa uşaq götürmək istəyənlərin diqqətinə

25-04-2017, 09:16           
Övladlığa uşaq götürmək istəyənlərin diqqətinə
Azərbaycanda qanunsuz olaraq övladlığa götürmə və övladlığa götürmə sirrini yaymaya görə cərimələrin məbləği artırılır.

Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə (CM) dəyişikliklər edilir.

Layihəyə əsasən, uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə şəxs 1500 manatdan 2000 manatadək (hazırda yüz manatdan üç yüz manatadək) miqdarda cərimələnəcək.

Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymaya görə 1500 manatdan 2000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə tətbiq ediləcək.

Qeyd edək ki, CM-yə dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru