Başqasının mənzilinə "qapını döymədən" girməyin - 2 min manat cərimə

25-04-2017, 09:25           

Azərbaycanda mənzil toxunulmazlığının pozulmasına görə cərimələrin məbləği artırılır.

Trend-in məlumatına görə, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə cərimələrin miqdarı 1000 manatdan 2000 manatadək artırılır. Hazırda isə bu cərimələrin məbləği 100 manatdan 500 manatadəkdir.

Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozmaya görə 100 manatdan 500 manatadək olan cərimələrin də məbləği 1000 manatdan 2000 manatadək artırılır.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru