Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb

25-04-2017, 13:23           
Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb
Bu ilin aprelin 1-dək dünya bazarına 443 mln. ton Azərbaycan nefti çıxarılıb ki, bunun 328 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilib.

“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumunda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət nefti satıb: “Ümumiyyətlə, Azərbaycanda 1 mlrd. 971 mln. neft hasil olunub ki, bunun 971 mln. tonu quruda, 1 mlrd. tonu isə dənizdə hasil edilib. Neft hasilatının 2 mlrd. tona çatdırılması üçün daha 29 mln. ton neft çıxarılmalıdır. Bu göstəriciyə 2017-ci ilin noyabrın 25-də əməl olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru