Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏT

25-04-2017, 19:42           
Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏT
Artıq bir neçə gündür ki, Bakıda təbii qaz verilişində məhdudliyyətlər yaranıb.

AZXEBER.COM-un məlumatına görə, Bakının Binəqədi, Nəsimi, Suraxanı, Yasamal, Xətai və Sabunçu rayonunda təbii qazın verilməsində problem yaranıb.

Sakinlərin sözlərinə görə, bir neçə gündür ki, qaz səhər saatlarından etibarən kəsilir, axşam 18:00-dan sonra verilir.

Sakinlərin daha bir şikayəti isə "Azəriqaz İB-in qaynar xətti kimi fəaliyyət göstərən 185 və 104 nömrələri ilə bağlı olub. Əhali problemlə bağlı bu nömrələrə zəng etsə də, kobud cavabla üzləşiblər: "Buna görə bizə zəng etməyin, qazın nə vaxt gələcəyini bilmirik".

Məsələylə bağlı "Azəriqaz" İB-lə əlaqə saxlasaq da, mətbuat xidməti də telefonlara cavab vermədi.
P.S. Buna əlavə etsək ki, artıq 1 aya yaxındır ki, Səbail rayonu 20-ci sahədə qaz demək olar ki, yox dərəcəsindədir oxucular üçün tablo daha aydın görünər!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru