Füzuli Elektrik şəbəkəsinin rəis müavini Hüseyn Kərimov sakinləri təhqir etdi
25-04-2017, 20:15
Füzuli Elektrik şəbəkəsinin rəis müavini Hüseyn Kərimov sakinləri təhqir etdi Azerbaycaninfo.az-a FÜZULİ RAYON HORADİZ ŞƏHƏR SAKİNİLƏRİ tərəfindən şikayət məktubu ünvanlanmışdır. Məktubda deyilir: Hörmətli redaksiya, mən Elşən Hüseynov, Eldəniz Hüseynovla birlikdə nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərin istifadə etdiyi elektrik enerjisinin pulu nəğd qaydada 2017-ci ilin yanvar ayınnan ödənməyə başlanmasına baxmayaraq Füzuli elektrik şəbəkəsi keçən ilin sərfiyatını da bizdən tələb edir. Baxmayaraq ki, ötən ili QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ ödəmişdir. Bu məsələ ilə bağlı Füzuli elektrik şəbəkəsinə müraciət etsək də, özünü rəis müavini kimi təqdim edən Hüseyn Kərimov bizi dinləmək, problemimizin həlli üçün köməklik göstərmək əvəzinə, bizi təhqir etdi, məmura yaraşmayan ifadələr işlətdi və bizi otağından qovdu. Sizlərdən xahiş edirik səsimizi mətbuat vasitəsilə Cənab Prezidentə, Mehriban xanıma çatdırasız. Bu cür məmurlar cəzalansın, bizim problemimiz isə həllini tapsin. Hörmətlə: Hüseynov Elşən İbrahim oğlu Hüseynov Eldəniz Ramil oğlu