İmtahan verən azərbaycanlı müəllimin görüntüsü paylaşım rekordu qırır – FOTO

27-04-2017, 13:40           

Bu həftə ərzində 12 min müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə prosesi davam edir.
teref.az xəbər verir ki, diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərdən biri fiziki çatışmazlığı olmağına baxmayaraq, 51 bal toplayıb.
Sosial şəbəkələrdə imtahan prosesi zamanı çəkilən şəkillərdən biri xüsusi maraq doğurub. Həmin müəllimin bir ayağının zədəli olmasına baxmayaraq, onun imtahanda rahat iştirak etməsi üçün bütün şərait yaradılıb. Fotodan da görünür ki, müəllimin ayağıın altına stul qoyulub. Həmin müəllimin 51 bal toplaması isə qürurvericidir.
Qeyd edək ki, diaqnostik qiymətləndirmədə müəllimlərə 60 sual təqdim edilir. Hər sual 1 baldır. A24.Az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.