Bakıda "Fresco" supermarketinin qarşısında iyrənc mənzərə- VİDEO

4-05-2017, 14:24           
Bakıda "Fresco" supermarketinin qarşısında iyrənc mənzərə- VİDEO
Bakıda mağazalardan birinin qarşısında xoşagəlməz mənzərə kameraya tuş gəlib.

Avtomobilin baqajında mağazaya ət gətirən şəxsi oxucularımızdan biri çəkərək redaksiyamıza göndərib.

Videonu saytımıza göndərən oxucumuz ətin "Fresco" market üçün gətirildiyini iddia edir.

Kadrlardan da göründüyü kimi qəssab küçənin ortasında əti hissələrə bölərək marketin arabasına doldurur.

Heç bir sanitar qaydalara uyğun olmayan ət kəsimi kadrları "Fresco" supermarketinin qarşısında qeydə alınıb.

Biz də öz növbəmizdə məsələyə aydınlıq gətirmək məqsədilə supermarketlə əlaqə saxladıq. Supermarketdən məsələni dəqiqləşdirərək ətraflı məlumat verəcəklərini bildirdilər.(baku.ws)

Həmin görüntüləri təqdim edirik:
[media=https://www.youtube.com/watch?time_continue=11&v=GLRC3n7mR38]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru