Elman Rüstəmov və köməkçilərinin maaşı azaldılıb – 21 MİN MANAT

5-05-2017, 14:19           

2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı qismində 869 min manat ödənilib. Bu barədə AMB-nin ötən il üzrə audit hesabatında deyilir. Hesabat “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən hazırlanıb.
2015-ci ildə AMB-nin rəhbərliyinin əmək haqqı fondu 890 min manat təşkil edib. Beləliklə, Mərkəzi Bankın rəhbərliyinə ödənilən əmək haqqı 2,36% və ya 21 min manat azalıb.
2015-ci illə müqayisədə ötən il AMB-nin inzibati və sair əməliyyat xərcləri 25,93% və ya 12,173 mln. manat artaraq 59,103 mln. manata çatıb. Belə ki, AMB-nin regional tikinti və sosial xərcləri 14,363 mln. manat (+5,2 dəfə), işçilər üzrə xərcləri 12,314 mln. manat (-7,67%), tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri 7,933 mln. manat (-14,13%), proqram təminatı və sair qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri 5,477 mln. manat (+18,40%), əskinas və sikkələrin istehsalı və nəqli üzrə xərcləri 4,997 mln. manat (+31,58%), proqram təminatı və serverlərin dəstəklənməsi xərcləri 4,622 mln. manat (+1,94 dəfə), Dövlət Sosial Müdafiə Fondu üzrə ödənişləri 2,564 mln. manat (-6,32%), mühafizə xərcləri 1,393 mln. manat (+3,65%), sair xərcləri isə təxminən 1,3 mln. manat təşkil edib.
Tənzimləyici Maliyyə Monitorinqi Xidmətinin maliyyələşdirilməsi üzrə xərclərini kəskin azaldıb. Belə ki, 2015-ci ildə bu maddə üzrə xərclər 2,395 mln. manat olduğu halda, 2016-cı ildə bu rəqəm 672 min manata enib. Böyük ehtimalla, buna səbəb adıçəkilən xidmətin Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə verilməsi ilə əlaqədardır.
AMB ötən il ezamiyyə xərclərini 9,09% azaldaraq 143 min manata çatdırıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru