İki Britaniya şirkəti Azərbaycandakı filialını bağlayıb

24-05-2017, 18:22           
İki Britaniya şirkəti Azərbaycandakı filialını bağlayıb
Böyük Britaniyanın iki şirkəti Azərbaycanı tərk edib. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Belə ki, "Lloyd`s Register Inspection Limited" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

Bununla yanaşı, "Vvipson Capital Management UK Limited" şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov,ev 51, mənzil 2 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Lloyd`s Register Inspection Limited" şirkətinin baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət sənayenin müxtəlif sahələrində təhlükəsizlik xidmətləri təklif edir.

"Vvipson Capital Management UK Limited" isə konsaltinq və vəsaitlərin idarə olunması xidmətlərinin təklifi ilə məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru