Ahıllara və Tənhalara Dəstək ictimai birliyi “Ömür növrağı” kitabının təqdimat mərasimini keçirib

31-05-2017, 09:23           

Bu gün Azərbaycan Atatürk Mərkəzində “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatları laureatı, şair-dramaturq Zaməddin Ziyadoğlunun “Ömür növrağı” kitabının təqdimatı mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, təqdimat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““İkinci nəfəs" - ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində baş tutur.

Təşkilat rəhbəri bildirib ki, biz ahıllar və tənhalar ilə bağlı müxtəlif tədbirlər həyata keçiririk və əsas məqsədimiz də onların cəmiyyətə inteqrasiyası və alternativ xidmətlərin təşkilinə yönəlib.

Bu layihə çərçivəsində də Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşlar üçün doğum günlərinin, müxtəlif istirahət turlarının və digər mədəni-kütləvi tədbirlərin təşkili nəzərdə tutulub.

Ruhiyyə Məmmədova şair-dramaturq Zaməddin Ziyadoğlunun yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, Zaməddin Ziyadoğlu 12 kitab müəllifidir, 33 kitaba ön söz yazıb, 75 kitabda şerləri çap olunub, şerləri Azərbaycan, Rusiya və Türkiyənin müxtəlif 115 qəzetində, 24 dərgisində dərc olunub, 20 şerinə musiqi bəstələnib (aşıq və bəstəkar).

AYB və AJB-nin üzvü, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatları laueratı, şair-dramaturq Zaməddin Ziyadoğlu çıxışında ona göstərdiyi diqqətə görə “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinə və onun sədri Ruhiyyə Məmmədovaya, eyni zamanda tədbir iştirakçılarına və qələm dostlarına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən şairin qələm dostları Nazim Tapdıqoğlu, Asəf Qaya, Tofiq Mansurov, Məhərrəm Şəmkirli, İsmayıl Zəngilanlı, Vahid Hacıyev, Veleh Nəsibli, Aşıq Nurəddin, Aşıq Alim, Givi Ratsxaşvili şair dramaturq Zaməddin Ziyadoğlunun yaradıcılıq və kitabları haqqında öz fikirlərini bildirdilər və müəllifin serlərindən parçalar səsləndiriblər.

Tədbirin 5 yaşlı iştirakçısı İsmayıl İsayev şairin “Kim güclüdür dünyada” şerini tədbir iştirakçıları üçün söyləyib.

“Peşəyönümlü Təhsilə Dəstək” İB-nin sədri İradə Əlili, Jurnalist Vəfa Rzayeva, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, Media-inform internet televiziyasının baş redaktoru Kifayət Qordayeva, “İnformasiya Təşəbbüslərinə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə tədbirin keçirilməsini yüksək qiymətləndirərək, bu kimi sosial yönümlü tədbirlərin cəmiyyət üçün faydalı olduğunu bildiriblər.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.