Hansı dövlət qurumları ləğv olunacaq? - SİYAHI

31-05-2017, 10:05           
Hansı dövlət qurumları ləğv olunacaq? - SİYAHI
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatlara görə, sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.

Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək. - deyə mənbə bildirib.

Mənbənin məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları Fövqəladə Hallar Nazirliyinə, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin funksiyaları Xarici İşlər Nazirliyinə, Statistika Komitəsinin funksiyaları İqtisadiyyat Nazirliyinə veriləcək.

Son 2 ildə 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Nəqliyyat nazirliyi isə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru