Sahibkarlığa Kömək Milli Fondu mənfəətdən zərərə keçib - RƏSMİ

6-06-2017, 20:05           
Sahibkarlığa Kömək Milli Fondu mənfəətdən zərərə keçib - RƏSMİ
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) cəmi aktivləri bu il yanvarın 1-nə 1,017 mlrd. manat təşkil edib.
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,1% çoxdur.
SKMF-in aktivlərinin 99,3-ni və yaxud 1,01 mlrd. manatını kredit təşkilatlarına verilmiş borclar təşkil edib. Son 1 ildə Fondun borc portfeli 5,4% böyüyüb.
2016-cı ildə SKMF-in cəmi öhdəlikləri dəyişməyərək cəmi 11 min manat olub. Başqa sözlə, Fondun aktivləri demək olar ki, onun cəmi kapitalının (1,017 mlrd. manat) hesabına formalaşıb.
Ötən il SKMF-in faiz gəlirləri 9,511 mln. manat (əvvəlki ilə nisbətən 6,9% çox), cərimə gəlirləri 10,084 mln. manat (3,9 dəfə çox), əməliyyat gəlirləri 61 min manat (32,6% çox), dəyərsizləşmə üzrə zərəri 31,475 mln. manat (3,6 dəfə çox), kadr xərcləri 487 min manat (5,2% çox), sair ümumi inzibati xərcləri isə 193 min manat (1% az) təşkil edib. Son nəticədə Fondun xalis zərəri 12,499 mln. manat olub.
Xatırladaq ki, SKMF 2015-ci ildən 1,995 mln. manat xalis mənfəətlə çıxmışdı. Başqa sözlə, Fond mənfəətdən zərərə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru