Allergiyadan ömürlük necə xilas olmaq olar? –Çarə

7-06-2017, 08:46           
Allergiyadan ömürlük necə xilas olmaq olar? –Çarə
Avstraliyalı genetiklər allergiyanın gen terapiyası vasitəsilə müalicəsini təklif edir.

Bu yolla immun hüceyrələrinin "yaddaşı" təmizlənmiş olacaq.

Bir çox bioloqun fikrincə, allergiyaların yaranma səbəbi insanın həddən çox təmiz şərtlərdə yaşamasıdır. Uşaqlıqda immun sistemi əsl mikrobları toz və bu kimi zərərsiz hissəciklərdən ayırmaq üçün kifayət qədər informasiya əldə etmir. Məhz bu amil gələcəkdə müxtəlif allergiyaların formalaşmasına səbəb olur.

Mütəxəssislərin həyata keçirdiyi təcrübələr nəticəsində məlum olub ki, DNT-yə müdaxilə etdikdən sonra allergik xüsusiyyətlər dəyişə bilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 30 faizdən çoxu müxtəlif allergiyalardan əziyyət çəkir/Trend.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru