Ələmşah Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir + FOTO
7-06-2017, 21:55

Bərdə rayonu müharibə veteranlarının təşəbbüsü ilə ....
Bərdə rayonu müharibə veteranlarının təşəbbüsü ilə “Azadlıq” batalyonunun əfsanəvi komandiri Ələmşah Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə batalyon komandirinin döyüş yoluna həsr olunmuş kitab təqdim olunmuş, sənədli film nümayiş etdirilmişdir.
***
Beynəlxalq Mətbuat Mərkəzində döyüşçü-jurnalist Əkbər Mirzəzadənin "Azadlıq" xalq ordusu" kitabının təqdimat mərasimi keçirilmişdir. İctimaiyyət nümayəndələrinin, keçmiş döyüşçülərin iştirak etdikləri mərasimi yazıçı-publisist Məzahir Süleymanzadə açmış, müəllif haqqında geniş məlumat vermiş, qeyd etmişdir ki, kitab "Azadlıq" batalyonunun komandiri Ələmşah Məmmədova və onun cəsur döyüşçü dostlarına həsr olunmuşdur. Vətən uğrunda şəhid olan döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasim iştirakçılarından Gəray Əsədov, Səbirə Mahmudova, Akif Nağı, Şəmistan Əlizamanlı, Aidə Şirinova, Mircəfər Seyidov, Fuad Rzayev, Əzizağa Qənizadə, Habil Şirinov, Əjdər Qiyaslı, Əlövsət Qasımov, Əfqan Məmmədov və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildirmiş, "Azadlıq" batalyonunun keçdiyi döyüş yolundan danışmışlar. Müəllif Əkbər Mirzəzadə kitab haqqında fikir söyləyənlərə minnətdarlığını bildirmişdir.
Azpress.az















