Vahid Mustafayevin motosiklet karvanı cərimə meydançasına aparılıb: VİDEO

11-06-2017, 19:23           

İyunun 4-də Xətai rayonu, Nobel prospektində yol polisinin saxladığı ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin rəhbərlik etdiyi motosiklet karvanının cərimə meydançasına aparılmasının videosu yayılıb.

PRESSDAY.az xəbər verir ki, motosikletlərin Nizami cərimə meydançasına aparılmasının və yerləşdirilməsinin görüntülərini əks etdirən video “Yuotube”də yerləşdirilib.

Həmin gün Vahid Mustafayevin motosiklet karvanı motosiklet qəzasında dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedib.

Yol polisi onların hamısını saxlayaraq motosikletləri cərimə meydançasına aparıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru