Azərbaycanın 2 məşhur universiteti birləşdirilir – layihə

12-06-2017, 10:15           
Azərbaycanın 2 məşhur universiteti birləşdirilir – layihə
Ali təhsil sistemində islahatlar çərçivəsində Azərbaycanın 2 məşhur universiteti – Bakı Slavyan Universiteti və Dövlət Dillər Universiteti birləşdiriləcək. Bu barədə istiqlal.az-a təhsil sistemindəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, əcnəbi dillər üzrə kadrlar hazırlayan ali məktəblərin birləşdirilməsi nəzərdə tutulur: Birləşmiş universitetə rəhbərliyin Dövlət Dillər Universitetinin rektoru Kamal Abdullaya tapşırılacağı gözlənilir.

Yada salaq , K.Abdulla 2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin rektoru olub. 2014-cü ildən bu ilin iyunun 1-ə qədər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 1 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.

Bir sözlə, hər iki kollektivi birləşdirmək və idarə etmək K.Abdulla üçün çox da çətin olmayacaq – birinə 14 il rəhbərlik edib, birinə də hazırda rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru