Seyid vəsiqəsi verən qazı danışdı: `Seyidliyini təsdiq etməyimi istədi`

12-06-2017, 12:39           

Sosial şəbəkələrdə Tağıyev Elnur Mirverdi oğlunun adına verilən seyidlik vəsiqəsi böyük müzakirələrə səbəb olub. Bu heç də birmənalı qarşılanmayıb. Diqqəti cəlb edən məqamlardan biri də vəsiqənin QMİ-nin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzovun imzası və möhürü ilə təsdiqlənməsidir.

Femida.az QMİ-nin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzovla əlaqə saxlayıb. O, açıqlamasında baş verən məsələyə aydınlıq gətirib.

“ Həmin oğlanı heç tanımıram, bu gün də görsəm tanımaram. Elnur əslən Lerikdəndir. Mənə müraciət edəndə dedi ki, seyid nəslindəndir. Amma sübut edə bilmir. Məndən xahiş etdi ki, onun seyid olmağını sübut etməyə kömək edəm. Mən də bildirdim ki, kənddə olan insanlardan onun seyidliyini təsdiq edənlər varsa, onlar müraciət etsinlər. Helə də oldu. Bir neçə nəfər təsdiq etdi ki, həmin oğlan həqiqətən də seyid nəslindəndir. Bundan sonra ona vəsiqəni verdim. ”

Bəs, başqa insanlara da bu seyid vəsiqəsi verilibmi?

Mirqiyas Təhməzov bildirib ki, Elnur Tağıyevdən başqa heç kimə belə vəsiqə verilməyib və bundan sonra da verilməyəcək. Elnur Tağıyevin də məqsədi elə arasında seyid kimi tanınmasını istəməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru