TƏKLİF EDİRİK Kİ, BENZİNİN LİTRİ 2 MANAT OLSUN, ÇÜNKİ...

15-07-2017, 10:38           
TƏKLİF EDİRİK Kİ, BENZİNİN LİTRİ 2 MANAT OLSUN, ÇÜNKİ...
Deyirlər ki, ötən gecə Bakıda bir sürücü intihar edib. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən evlərin birində yaşayan adı hələki sirr saxlanılan bir taksi sürücüsü dünən bazardan kreditlə benzinlə işləyən maşın alıb, gecə benzin bahalaşandan sonra nervsindən intihar edib. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır. Allah rəhmət eləsin, qəbri benzinlə dolsun!!!!!
***
Təki bu intihar Aİ-92 benzinin bahalaşmasına görə olmasın... Amma... İndi bəzi KİV-lər yazırlar ki, Taarif Şurası, yəni hökumət düz eləmədi. Əksinə, hökumət düz elədi. Belə ki, mən öz qulağımla eşitmişəm ki, Səhiyyə Nazirliyi rəsmən elan edib ki, son bir neçə ildir Bakıda oynaq xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Həmçinin qarınını şişirdən kişilərin və məmurların, katibələrin və məşuqələrin də sayı artıb. Hansısa deputatlardan biri, deyəsən, Hadı müəllim də elan etmişdi ki, buna səbəb odur ki, onlar gün ərzində hərəkət etmirlər, yəni işə maşınla gedir, kabinetdə oturur və evə də maşınla gəlirlər. Amma indi benzin bahalaşdı, oldu 92 qəpik. Gərək lap 2 manat edəydilər. Türkiyədəki kimi. Düzdü, orda maaş 1-2 min manatdır. Qısası, hesab edirəm ki, bundan sonra bir çoxları maşından imtina edəcək, işə piyada, ya da metro və ya avtobusla gedib-gələcək. Nəticədə onlar oynaq xəstəliklərindən, qarın şişirtməkdən xilas oacaqlar.
Amma bir tərəfdən də bunun həkimlərin qazancına pis təsiri var. Görün həkimlər nə qədər xəstələri soymaqdan məhrum olurlar. Gərək Taarif Şurası həkimlərə kompensasiya verməyi unutmayaydı.
Odur ki, Taarif Şurasına təklif edirik ki, benzinin qiymətini 2 manata çatdırsın. Bunun həm də Bakıda tıxacları azaltmağa böyük köməyi var. Düzdür, benzin bahalaşanda əvvəllər infarkt keçirən sürücülərin də sayında artım olur. Onlar düşünür ki, niyə Monqolustanda və Türkmənistanda bebnzin su qiymətinədir? Düşünmürlər ki, Monqolustanda hamı at minir, Bakıdakı kimi xooox bahalı “Bentley Mulsanne", “Ferrari F70" minmir...
Uzun sözün qısası, şəxsən mən benzinin qiymətinin bahalaşmasını alqışlayıram və Taarif Şurasının bu hərəkətini dəstəkləyirəm. Eşq olsun bizim Taarif Şurasına.
Abdal Qasım
tezadlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.