Əsgər Ailələrinə Dəstək İctimai Birliyindən etiraz!
21-07-2017, 11:32

Bu səhər Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı öz Facebook səhifəsində cənab İham Əliyev tərəfindən jurnalistlərə bağışlanan evlərlə bağlı məsələyə münasibət bildirib.Yazını olduğu kimi dərc edirik.
Əziz dostlar! Bu iki gündə cənab İlham Əliyevin jurnalistlərə ev bağışlaması ilə bağlı sərəncamına sevinəcəyimizdən məyus edən hadisələrə rast gəldik. Cənab İlham Əliyevin atdığı müsbət addıma görünür bilərəkdən narazı mühit formalaşdıranlar var. insanların haqları və hüquqları pozulub.Bu dövlətə, cənab İlham Əliyevə qarşı xəyanətdir.Onu aldatmaqdır. Komissiya üzvlərinin insanların haqqını yeməsidir. Hüququ və haqqı olanlara müraciət edirəm: Haqqı olan ,lakin ev verilməyən jurnalistlərdən birləşmələrini xahiş edirəm. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi bu hallara öz etirazını bildirir. İctimai Birlik sizin təşkilatınızdır.Ona görə də birləşək, hüquqlarınızı qoruyaq. Bu addımı atmaq istəyənlər bizə yazsın. Mübarizə aparaq ki, kimlərinsə maskası cırılsın. Cənab İlham Əliyev də ona xəyanət edərək aldadanları tanısın! Elə isə yolunuzu gözləyirik!