Tanınmış teleaparıcı üsyan etdi:”Bəs biz kimik?”

22-07-2017, 00:48           
Tanınmış teleaparıcı üsyan etdi:”Bəs biz kimik?”
Jurnalistlər binasında növbəti dəfə ev verilməsi Azərbaycan jurnalistika aləmini, sosial şəbəkəni əməlli-başlı silkələyib. Ev siyahısını bəyənənlər də var, tənqid edənlər də. Tanınmış teleaparıcı İradə İsaq da öz fikirlərini sosial şəbəkədə bölüşüb və onun qeydi böyük dəstək qazanıb. Həmin qeydi təqdim edirik:

“Məni bagışlayın haaa… Jurnalistika nədir? Saytlarda saat 10-dan 6-ya qədər oturub xəbər kopyalamaq? Hansı sayti açırsan görürsən ki, 80 faizi eyni xəbərlərdir, sadəcə başlıq dəyişib. Bəzən günlərlə özlərinə əziyyət verib yeni xəbər də qoymurlar. Bir çoxu telefonla açıqlama ala-ala, fb-dən statuslar oğurlayıb yazmaqla jurnalist olub. İndi bu “kopyalayanlar ordusu” mənasız keçirdiyi iş vaxtına və saatlara görə 3, 5, 7 il bir yerdə işləməklə rahat mənzil ala, fəxri ad ala bilər və biz buna susmalıyıq? Ağzımızı açan kimi də alnımıza “paxıl, kinli, gözügötürməz” damğası vurulmalıdır?
Bəs gözünü kor edib qorxa-qorxa, min bir məsuliyyətlə ağır imtahanlar verib Jurnalistika fakültəsini bitirən, gününü isti-soyuq demədən küçələrdə, araşdırma materiallar hazırlayanlar, gecə saat 12-yə kimi iş yerində qalıb səhərə verilişlər hazırlayanlar kimdir? Kimik biz?
O nə jurnalistidir ki, onun adını heç öz həmkarları bilmir? Hələ xalqı demirəm. Əgər bir jurnalistin, şairin, aktyorun adını onun həmkarları da bilmirsə daha o kimdir, indiyə qədər nə işlə məşğul olub? Bəlkə biz səhv istiqamətdə işləmişik? Bəli, kimlər üçünsə işləməmişik. Axı işimiz üçün, xalqımız üçün işləmişik. Bilirəm bu sözlərimin bir qoz qədər dəyəri yoxdur. 10-15 adam like edər, ya yox!
Sadəcə demək istəyirəm ki, qoyulacaq “paxıl, kinli” kimi adlardan da çəkinmirəm. Bəli, mən PAXILAM. Əziyyət çəkib ömrümün 20 ilini verib, böyük məhəbbətlə gəldiyim, məsuliyyətimlə işlədiyim sənətimə avaralar qoşulanda, ağızlarına gələnləri yazanda, it dəftərində adı olmayanların adını böyük siyahılarda görəndə qısqanclıqla yanaşıram.
Habil Əliyev demişkən, dövlət verir-verir, sən niyə götürürsən? Haqqı olmayanlara nəinki ev, hətta içdiyi bir stəkan su da haramdır. Haqqı olanlarsa qazandıqlarının içində min yaşasın! Mübarəkdir, dostlar!!!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.