Manat 1 gecədə əksər valyutalar qarşısında dəyər itirdi - SƏBƏB

28-07-2017, 08:50           
Manat 1 gecədə əksər valyutalar qarşısında dəyər itirdi - SƏBƏB
Azərbaycan Mərkəzi bankının açıqladığı rəqəmlərə görə Azərbaycan manatı ucuzlaşıb.

Enter.News xəbər verir ki, milli valyutamız yalnız Argentina pesosu və Moldova leyi qarşısında bahalaşıb.

Manatın ABŞ dolları, BƏƏ dirhəmi, Gürcü larisi, Honq Konq dolları, İndoneziya rupiası, İran rialı, Qazaxıstan tengəsi, Qırğız somu, Livan funtu, Özbək somu, Səudiyyə Ərəbistanı rialı, Tacik somonisi, Yeni türkmən manatı və Ukrayna qrivnasına qarşı məzənnəsi sabit qalıb. Digər bütün valyutalar qarşısında Azərbaycan manatı dəyər itirib.

Bildiririk ki, milli valyutamızın ucuzlaşmasının səbəbi ABŞ dollarının gün ərzində xeyli dəyər itirməsi ilə əlaqədardır. Belə ki, Mərkəzi Bank Manatın dollara qarşı məzənnəsini bu gün sabit saxlayıb. Dollar dünya bazarında ucuzlaşdığına görə, avtomatik olaraq Manat da ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru