Görünüşləri diqqət cəlb edir: amma kimdən soruşsan bilməz ki, bunlar nədir - VİDEO

28-07-2017, 09:37           

Sildrey, rukola, imbir və ya xren. Bakıda bazarlarda eqoztik göyərtilər satılır. Başqa ölkələrdə yetişən bu göyərtilər müxtəlif yemək və salatların hazırlanmasında istifadə olunur. Eyni zamanda müxtəlif xəstəliklərin də dərmanıdır. Əməkdaşlarımız bu gün göyərti bazarında olublar. O da məlum olub ki, möhkəm istilər yerli göyərtilərin azalmasına səbəb olub.

Xəzər TV xəbər verir ki, görünüşləri diqqət cəlb edir, amma kimdən soruşsan bilməz ki, bunlar nədir.

Sildrey, rukola, imbir və xren eqzotik göyərtilərdir. Başqa ölkələrdə yetişsədə, son illərdə yerli təsərrüfatçılar bu göyərtiləri ölkəmizdə də əkib becərir və bazarlara çıxarır.
Xren adlı iri yarpaqlı bu göyərtini isə satıcı elə öz qapısında əkib becərib.
Yerli göyərtilər isə son günlərdə qıtlaşıb. Satıcılar bunu havaların isti keçməsi ilə əlaqələndirir. İstilər göyərtiləri yandırdığından qıtlıq yaranıb.
Hazırda göyərtilər Bakı ilə yanaşı bir neçə bölgədən gətirilir.
Göyərtilərin yanında dolmalıq üzüm yarpağı da satılır ki, kilosu 4 manatdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru