Xəstəxana əməkdaşları telekanalın çəkiliş qrupuna hücum etdilər – VİDEO

28-07-2017, 09:41           
Xəstəxana əməkdaşları telekanalın çəkiliş qrupuna hücum etdilər – VİDEO
Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.

teref.az ARB TV-yə istinadla xəbər verir ki, 4-cü mərtəbədə baş verən yanğın səbəbindən xəstəxananın həkim heyəti və xəstələr təxliyə olunublar. Onlar Ağdaş, Mingəçevir və Gəncədəki tibb müəssisələrinə köçürülüblər.

Hadisə yerinə icbari tibbi sığorta üzrə dövlət agentliyinin nəzdində olan tibb müəssisində baş verən yanğını işıqlandıran ARB TV-nin çəkiliş qrupuna özlərini xəstəxananın əməkdaşları adlandıran şəxslər hücum ediblər.

Telekanal əməkdaşlarına zor tətbiq edərək, çəkilişə mane olmağa çalışaraq, texniki avadanlıqlara da zərər yetiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.