Azərbaycanda istehlak mallarının qiyməti bahalaşıb - RƏSMİ

14-04-2015, 10:54           
Azərbaycanda istehlak mallarının qiyməti bahalaşıb - RƏSMİ
Cari ilin mart ayında ərzaq məhsullarının qiyməti 1,8 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə, 0,9 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən SalamNews-a verilən məlumata görə, mart ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, iri və kiçik alət və avadanlıqların, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru