Alimlərdən YENİ İDDİA: insan üçün ən böyük təhlükə - TƏNHALIQDIR

8-08-2017, 10:22           

Sosial təcrid və tənhalıq insan üçün böyük təhlükə yaradır. Bu amillərin cəmiyyət üçün təsiri ildən-ilə artır və ciddi problem yarada bilər.
Publika.az bildirir ki, bu qənaətə Briqam Yanq universitetinin amerikalı psixoloqları gəliblər. Tədqiqatların press-relizi “EurekAlert” portalında dərc olunub.
Ekspertlər qeyd edirlər ki, digər insanlarla münasibətlər həm psixoloji rifah, həm də həyatda qalmaq üçün fundamental vacib olan məqamdır.
Alimlər iki metaanaliz keçiriblər ki, onların hər birində 10-larla tədqiqatın nəticələri yer alıb. Birinci metaanalizə təxminən 150 elmi iş daxil olub və ümumilikdə 300 min könüllünü əhatə edib. Məlum olub ki, möhkəm sosial əlaqələr erkən ölüm risqinin 50% azalmasına kömək edir.
İkinci metaanaliz 70 tədqiqatın nəticələrini özündə əks etdirib və Avropa, Asiya, Şimali Amerika və Avstraliyadan olan 3 milyon könüllünü əhatə edib. Alimlər belə qənaətə gəliblər ki, tənhalıq və ya sosial təcrid, vaxtsız ölüm risqini daha çox artırır, nəinki piylənmə də daxil olmaqla digər amillər.
Tədqiqatçıların fikrincə, əhalinin sağlamlığı üçün səhiyyə sistemi sosial əlaqələrin təsirini mütləq nəzərə almalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru