Alıcıları aldadan marketlər (SİYAHI)
27-07-2015, 22:26
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Xətai rayonunda
- Naximov küçəsi, 41 ünvanında Zərifə Quliyevaya məxsus mağazada;
Pirallahı rayonunda
- Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 16 ünvanında Aida Cəfərovaya məxsus mağazada;
Abşeron rayonunda
- Novxanı qəsəbəsində Şahin Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Xəzər rayonunda
- Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 14 ünvanında İlqar Allahverdiyevə məxsus mağazada;
Pirallahı rayonunda
- Pirallahı qəsəbəsi, 28-ci məhəllədə Gülarə Hüseynovaya məxsus mağazada;
İsmayıllı rayonunda
- İvanovka kəndində Arif Məsimova məxsus mağazada;
Ağcabədi şəhərində
- S.Vurğun küçəsində Adil Quliyevə məxsus mağazada;
- H.Hacıyev küçəsində Habil Allahverdiyə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Qaradağ rayonunda
- Sanqaçal qəsəbəsində Bənövşə Behbudovaya və Aygül Kazımovaya məxsus mağazalarda;
Pirallahı rayonunda
- M.Əzizbəyov küçəsi, 94 ünvanında Yaqub Yusubova məxsus mağazada;
Xətai rayonunda
- İ.İsmayılov küçəsi, 8 ünvanında Əvəz Nəzərova məxsus mağazada;
Mingəçevir şəhərində
- Xətai küçəsi, 9 ünvanında Lalə Allahverdiyevaya məxsus mağazada;
Astara şəhərində
- H.Əliyev küçəsi, 138A ünvanında Adil Hüseynova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.